Hadisə Salyan

Salyanda iki mərtəbəli evdə yanğın olub

Salyan rayonunda yanğın baş verib.

Aranxeber Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 128 kv/m olan ikimərtəbəli evin yanar konstruksiyaları 48 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.