Hadisə Region Şirvan

Şirvanda evdə yığıncaq keçirən şəxslər cərimələndi – VİDEO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı Şirvan şəhərində mənzillərdən birində hərbi xidmətə gedən oğlu üçün karantin qaydalarını pozaraq, yığıncaq keçirən ev sahibi və qonaqlıqda iştirak edən altı nəfər polis şöbəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan sakinlər cərimələniblər. Qonaqlıqda iştirak edən qadınlara humanistlik göstərilib, onlara yerində ciddi xəbərdarlıq edilməklə oranı dərhal tərk etmələri tələb olunub.

Əlavə olaraq, keçirilən reydlər zamanı qapalı yerlərdə – mağazalarda, bərbər salonunda, iaşə obyektlərində maskadan istifadə etməyən daha yeddi nəfər barəsində inzibati protokollar yazılaraq, cərimələr tətbiq olunub. 

Eyni zamanda, bir neçə iaşə obyekti karantin qaydalarını və sosial məsafəni pozduğuna görə bağlanılıb, obyekt sahibləri cərimə olunublar.

Daha ətraflı Baku TV-nin süjetində: