Göyçay Hadisə Region

Suda boğulan azyaşlı xilas edilib

Göyçayda suda boğulan azyaşlını polislər xilas edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov və Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman azyaşlının su kanalında boğulduğunu görüblər.

E.Əmirov həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsini nəzərə alan polis əməkdaşı onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsi ilə körpənin həyatı xilas edilib.