Sosial

Sumqayıtda şəhid adını daşıyan bulaq bərbad vəziyyətdə: “Bu qədər hörmətsizlik olar?!” – FOTO

Sumqayıtda şəhid bulağı baxımsız vəziyyətdədir. 

Söhbət şəhərin Nəriman Nərimanov küçəsi 20/47A ünvanında yerləşən bulaqdan gedir.

Sözügedən ünvanda yaşayan sakinlər 1992-ci ildə şəhid olmuş Ələsgər Cəmil oğlu Mustafayevin xatirəsini əbədiləşdirmək məqsədilə quraşdırılan bulağın yararsız vəziyyətdə olmasından təəssüfləndiklərini deyirlər:

“Şəhid bulağına suyun verilişi dayandırılıb. Bundan əlavə bulağın kənarları uçuq-sökük, su kranı isə qırılmış vəziyyətdədir. Şəhidlərimizin ruhuna hörmətsizlik etmək, onların adını daşıyan bulağa bu qədər laqeyd yanaşmaq nə qədər düzgündür?”

Həmin görüntüləri təqdim edirik: