Texnologiya

Təhsil Nazirliyi yeni noutbuklar alır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 6,7 milyon manat dəyərində noutbukların alışını həyata keçirəcək.

Təhsil Nazirliyi noutbukların satınalınması üzrə elan etdiyi açıq tenderə yekun vurub.

Nazirliyin müvafiq İdarəsi ilə “BestComp Group” MMC arasında 6 milyon 657 min 147 manat dəyərində müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkət nazirliyi tələb olunan sayda noutbuklarla təmin edəcək.

Qeyd edək ki, İT şirkəti olan “BestComp Group” şirkəti 1995-ci ildən fəaliyyət göstərir və dünyanın 50-dən artıq informasiya texnologiyaları istehsalçısının rəsmi tərəfdaşıdır.