Ölkə Sağlamlıq Sosial

Tibbi maskanın satış qiyməti istehsal xərclərini ödəmir – VİDEO

Koronavirus pandemiyası səbəbindən tibbi maskalara olan tələbat bütün dünyada artıb.

Tələbatın artması tibbi maskanın qiymətini müzakirə mövzusuna çevirib.

Hazırda dünyada ən çox satılan cərrahi maska hesab olunur ki, onun da istifadə müddəti iki saat nəzərdə tutulub.

Ölkəmizdə bu maskanın pərakəndə satış qiyməti 30 qəpikdir. Mütəxəssislər isə hesab edir ki, bu qiymət vətəndaşların aylıq büdcəsinə mənfi təsir edir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı maraqlı süjet hazırlayıb.