Hadisə Ölkə

Tural Gəncəliyev Xankəndi sakinlərinə müraciət etdi: “Evlərinizə geri dönməyə hazırlaşın”

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev özünün şəxsi “Facebook” hesabında paylaşım edib.

Paylaşımda qeyd edilib ki, Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər:

“Əziz Xankəndi sakinləri! Böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin, Xankəndi şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!

Xankəndi üçrəngli bayrağımızla gözəlləşəcək! Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər!

Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq! “Yolumuz Xankəndinədir!” demişdim, artıq çatdıq! Evlərinizə geri dönməyə hazırlaşın!”