Hadisə

Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar həyata keçirir – FOTO

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumatda bildirilir ki, nəzarət uçuşlarına adi PUA-larla yanaşı, silahlı PUA-lar da qatılıb.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus hərbi bazasının helikopterləri də iki gündür Ermənistan – Türkiyə sərhədi boyu uçuşlar edirlər.