Hadisə İmişli Region

Vilyam Hacıyevin şikayəti təmin edilmədi

Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətinə baxılıb.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib və Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.