Baş Hadisə Salyan

Xuliqanlıq edən Salyan sakini saxlanıldı

Martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döymüş və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.

Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən mətbuata verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngi ondan götürülüb.