Baş Ölkə Sağlamlıq Sosial

Xüsusi karantin rejimi yenə uzadılacaq

“Xüsusi karantin rejimi ilə bağlı müəyyən qərarlar qəbul etmişik, növbəti həftələrdə açıqlanacaq”.

Aranxeber xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılaması nəzərdə tutulur: “Xüsusi karantin rejiminin hansı müddətə uzadılacağı gələcək günlərdə bildiriləcək”.

İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək

Ramin Bayramlı bildirib ki, 1 iyundan tarixindən etibarən tədbirlərin keçirilməsi gündəmdədir.

“Yaxın günlərdə sərhədlərin açılması və beynəlxalq uçuşların bərpası gözlənilmir”,-  Ramin Bayramlı bildirib..

R. Bayramlı eyni zamanda qeyd edib ki, ilk növbədə Naxçıvana olan uçuşların bərpa olunması barədə düşünülür: “Bu barədə də qərar dəqiqləşdirilərək yaxın günlərdə ictimaiyyətə bildiriləcək”.