Maraqlı

Yaşlı cütlüyün illərə meydan oxuyan sevgisi dillərə düşdü – VİDEO

Sosial şəbəkələrin Azərbaycan seqmentində maraqlı video müzakirələrə səbəb olub.

Aranxeber xəbər verir ki, videoda yaşlı cütlük bir-birinə sevgi nəğmələri ifa edirlər.

Ahıl kişi öz həyat yoldaşına əvvəlcə “Gözəlim sənsən” xalq mahnısını oxuyur, ardınca isə cütlük duet şəklində başqa bir xalq mahnısı “Azərbaycan maralı”nı səsləndirirlər.

Daha sonra tərəflər bir-birilərinə sevgilərini ifadə ediblər.