Hadisə

Yayın ilk günü Gədəbəyə qar yağdı – FOTO

Qərb bölgəsində qeyri-sabit hava şəraiti qarın yağması ilə müşaiyət olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Gədəbəy rayonunun mərkəzinə və ətraf kəndlərinə qar yağıb.

Hazırda qarın yağması dayansa da, qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.