Hadisə Region Yevlax

Yevlaxda gənc Kürdə boğulub

Yevlax şəhəri ərazisində – “Mirvari” kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib. 

1996-cı il təvəllüdlü Sahib Şəhriyar oğlu Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı isə boğulub. 

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb edilib.