Hadisə Region Yevlax

Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var

Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.

Hadisə Balçılı kəndi istiqamətində baş verib.

VAZ markalı iki minik maşınının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü rayon sakini Kərimov Babək Əkbər oğlu və 1998-ci il təvəllüdlü Cəfərov Mehman Qəhrəman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.