Baş Səhiyyə Yevlax

Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirildi

Koronavirus (COVID-19) infeksiyasının Yevlax rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejiminə keçib.

Aranxeber Report-a istinadən xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətindən mətbuata verilən məlumata görə, xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Yevlaxda dezinfeksiya tədbirlərinin həyata keçirilməsini gücləndirib. Mütəmadi olaraq şəhərin Heydər Əliyev, Nizami, Bakı prospektləri, Ceyhun Mustafayev, Füzuli, Səməd Vurğun küçələri xüsusi maddələrlə yuyulur.

Şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı, Hüsü Hacıyev küçələrindəki, Nizami prospektindəki binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər və əhali arasında maarifləndirmə işləri aparılır.