Dünya Maraqlı

Yol qəzalarına dayanıqlı olmaq üçün onun kimi olmalıyıq – FOTOLAR

Avstraliyalı heykəltəraş insanların avtomobil qəzalarına dayanıqlı şəkildə təkamülləşməsi halında nəyə bənzəyəcəyi sualına cavab axtarıb.

ATV.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Patrisiya Pikkinini adlı heykəltaraş Nəqliyyat Qəzaları Komissiyasının hazırladığı yol təhlükəsizliyi kompaniyası üçün hazırladığı dizaynı nümayiş etdirib. O, elmi məlumatlardan istifadə edərək, insanın yol qəzasından zərər görməməsi üçün necə bir fiziki quruluşa sahib olması lazım olduğunu hazırladığı Qraham heykəli ilə göstərib.

Heykəltaraş avtomobillərin insanlardan daha sürətli dəyişdiyini ifadə edib: “Qraham bizə özümüzü qoruya bilmək üçün yol sistemlərinin necə inkişaf etdirilməsi lazım olduğunu və səhvlərimizi göstərir”.

Qraham adlı heykəl göründüyü kimi çox çirkindir. Vermək istənilən mesaj da əslində budur: “Qəzalara dayanıqlı ola bilmək ya Qrahama bənzəməliyik, ya da yol qaydalarına əməl etməliyik”.

Heykəllə bağlı ətraflı məlumatı bu linkdən öyrənmək olar – http://www.meetgraham.com.au/view-graham.

Qrahamın dizi

Qrahamın qabırğaları

Qrahamın çənə quruluşu