İdman Ölkə

“Yuventus” Suaresin transferi məsələsində “Barselona” ilə razılığa gəldi

Uruqvaylı hücumçu Luis Suares “Yuventus”a keçməyə yaxındır.

Bu barədə “Tuttomercatoweb” məlumat yayıb.

İtaliya klubu artıq “Barselona” ilə hücumçunun transferi barədə razılığa gəlib. Oyunçunun “Yuventus”da 12 milyon avro maaş alacağı bildirilir.

Xatırladaq ki, Luis Suares “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın onun xidmətində maraqlı olmadığını bildirməsindən sonra özünə yeni komanda axtarışlarına başlamışdı.