Hadisə Region Zərdab

Zərdabda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxs Bakıya gətirildi

Zərdab rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Aranxeber xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmmədov İnam Aslan oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğundan sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qabırğalarının sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.