Hadisə Region Zərdab

Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanıldı – FOTO

Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılaraq, Zərdab Rayon Polis Şöbəsinə gətirilib. Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı bir ədəd təklüləli “İj” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı İsa İsayevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.