Sağlamlıq Sosial

“Zaurla Günaydın” verilişində xüsusi karantin rejiminin qaydaları pozulub -VİDEO

ATV telekanalında canlı yayımlanan “Zaurla Günaydın” verilişində xüsusi karantin rejiminin qaydaları pozulur. 

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən uzadılmış xüsusi karantin rejiminin şərtlərinə görə, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda beş nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Sözügedən verilişdə isə bir masa ətrafında altı nəfər toplaşıb.